Azərbaycan millisinin fiqurlu konkisürəni Qran-pridə ilk “20-liy”ə daxil olub

19 Sentyabr 2026 00:21
95
Azərbaycan millisinin fiqurlu konkisürəni Qran-pridə ilk “20-liy”ə daxil olub

Azərbaycan millisinin fiqurlu konkisürəni Arina Kalugin Türkiyənin Ankara şəhərində keçirilən fiqurlu konkisürmə üzrə Gənclər Qran-prisinin mərhələsində 39 iştirakçı arasında 17-ci yeri tutub.

İdman.Biz xəbər verir ki, 15 yaşlı idmançı iki çıxışın cəminə görə 144,25 xal toplayıb: sərbəst proqrama görə 98,83 xal, qısa proqrama görə isə 45,42 xal.

Həmçinin bu gün yarışda Azərbaycanın rəqs cütlüyü – Anna O’Brayen / Dreyk Tonq mübarizəyə başlayıb. İdmançılar ritm rəqsinə görə 46,51 xal toplayıb və hazırda 11-ci pillədə qərarlaşıblar. Sabah onlar sərbəst rəqs proqramı ilə çıxış edəcəklər.

Bundan başqa, Türkiyə mərhələsinin final günündə sərbəst proqramla Aleksandr Plyuşenko da çıxış edəcək. Onun üçün bu turnir Azərbaycan yığmasında debüt olub. Xatırladaq ki, qısa proqramın yekunlarına əsasən, o, 57,12 xalla 16-cı yerdə qərarlaşıb.

Sentyabrın 19-da Plyuşenko Bakı vaxtı ilə saat 13:35-də, O’Brayen və Tonq isə saat 17:30-da buz üzərinə çıxacaqlar.

İdman.Biz