Azərbaycan fiqurlu konkisürənləri Ankarada Qran-pridə çıxış ediblər - FOTO

20 Sentyabr 2026 10:42
93
Azərbaycan fiqurlu konkisürənləri Ankarada Qran-pridə çıxış ediblər - FOTO

Azərbaycan fiqurlu konkisürənləri 17-19 sentyabr tarixlərində Türkiyənin paytaxtı Ankarada keçirilən yeniyetmələr arasında Qran-pri yarışında iştirak ediblər.

İdman.Biz xəbər verir ki, ölkəmizi Aleksandr Plyuşşenko, Arina Kalugina, eləcə də buz üstündə rəqs cütlüyü Anna Obrien və Drake Tonq təmsil ediblər.

Azərbaycan adından ilk dəfə çıxış edən Aleksandr Plyuşşenko qısa və sərbəst proqramların yekununda 171,65 xal toplayıb. O, 33 idmançı arasında 13-cü yeri tutub.

Arina Kalugina isə 144,25 xal qazanaraq 39 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

Buz üstündə rəqs cütlüyü Anna Obrien və Drake Tonq ritm və sərbəst rəqs proqramlarının yekununda 118,76 xal toplayıb. Azərbaycan təmsilçiləri 20 cütlük arasında 12-ci yeri tutublar.

İdman.Biz