Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev beynəlxalq turnirdə iştirak edəcək.
İdman.biz xəbər verir ki, təmsilçimiz İtaliyada buz üzərinə çıxacaq.
O, Merano şəhərində təşkil olunacaq Martin Barriçellinin xatirəsinə həsr edilən yarışda qüvvəsini sınayacaq. Yarışa fevralın 23-də start veriləcək. Vladimir ayın 24-də qısa, ertəsi gün sərbəst proqramla çıxış edəcək.
Qeyd edək ki, kişilərin yarışında 14 idmançı mübarizə aparacaq.
İdman.biz
