Yevgeni Plyuşenko Bakıda Azərbaycan fiqurlu konkisürənlərinə təlim keçib - VİDEO

25 Aprel 2026 17:41
173
Yevgeni Plyuşenko Bakıda Azərbaycan fiqurlu konkisürənlərinə təlim keçib - VİDEO

Fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Yevgeni Plyuşenko Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasında gənc konkisürənlərlə təcrübəsini bölüşüb.

İdman.Biz xəbər verir ki, bu barədə məlumatı Yevgeni Plyuşenko öz “Instagram” səhifəsində paylaşıb.

“Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının dəvəti ilə Azərbaycanda təlim-məşq toplanışı keçirirəm. Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasında göstərilən isti qonaqpərvərliyə görə təşəkkür edirəm. Burada bizim şoularımız həmişə anşlaqla keçir” - ikiqat olimpiya çempionu qeyd edib.

Məlumat üçün qeyd edək ki, 2006 və 2014-cü il Qış Olimpiya Oyunlarının qalibi olan Yevgeni Plyuşenko, 3 qat dünya və 7 qat Avropa çempionudur. O, 4 dəfə Qran-pri yarışlarında qızıl medal qazanıb.

İdman.Biz