Azərbaycan yenə finalsız qaldı: fiqurlu konkisürənlər dünya çempionatında sonuncu yeri tutdular

27 Mart 2026 23:30
142
Azərbaycan yenə finalsız qaldı: fiqurlu konkisürənlər dünya çempionatında sonuncu yeri tutdular

Azərbaycan fiqurlu konkisürənləri dünya fiqurlu konkisürmə çempionatında çıxışlarını başa vurublar.

İdman.Biz-in məlumatına görə, Azərbaycan buz rəqsi dueti - Samanta Ritter və Daniel Brikalov - ritm rəqslərini təqdim ediblər.

Cütlük 50,56 xal toplayaraq sonuncu, 31-ci yeri tutaraq finala yüksələ bilməyib.

Daha əvvəl Azərbaycanı dünya çempionatında Nərgiz Süleymanova (33 nəfərdən 27-ci) və Vladimir Litvintsev (36 nəfərdən 31-ci) təmsil edib. Onların heç biri finala vəsiqə qazana bilməyib.

İdman.Biz