Dağ xiçəkçimiz Şanel Akselsson Norveçdə fərqləndi

25 Aprel 2026 22:08
147
Dağ xiçəkçimiz Şanel Akselsson Norveçdə fərqləndi

Azərbaycanı dağ xizəyi idman növündə U14 kateqoriyası üzrə təmsil edən Şanel Akselsson Norveçdə təşkil olunan “Skistar Winter Games” adlı beynəlxalq yarışda qüvvəsini sınayıb.

İdman.Biz xəbər verir ki, idmançımız turnirin slalom növündə uğurlu çıxışla yadda qalıb.

O, 12 ölkədən olan 80 idmançının qatıldığı mübarizədə dördüncü yerə sahib çıxıb.

İdman.Biz