Azərbaycan idmançıları İtaliyada 9-cu yeri tutublar

Xəbərlər
12 Fevral 2024 13:50
259
Azərbaycan idmançıları İtaliyada 9-cu yeri tutublar

İtaliyada keçirilən fiqurlu konkisürmə üzrə “Egna Dance Trophy" beynəlxalq turniri başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan təmsilçiləri Adrienna Karhart və Aleksandr Kolosovskidən ibarət rəqs dueti də yarışda bacarığını nümayiş etdirib.

Onlar bədii rəqsdə 54,37 xalla 19 duet arasında 8-ci olublar. Sərbəst rəqsdə 84,64 xalla 10-cu yeri tutan təmsilçilərimiz iki çıxışın yekununda 139,01 xalla 9-cu pilləyə sahib çıxıblar.

Qeyd edək ki, turnirin qalibi adını fransalılar Mari Dupayaj və Tomas Nabais qazanıblar – 184,62 xal.

İdman.biz

Məqalədə: