Qusarda “Heydər Əliyev Kuboku” başa çatıb - FOTO

Xəbərlər
10 Fevral 2024 15:33
191
Qusarda “Heydər Əliyev Kuboku” başa çatıb - FOTO

Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə dağ xizəyi üzrə “Heydər Əliyev Kuboku”na yekun vurulub.

İdman.biz xəbər verir ki, Qusarda “Şahdağ” Turizm Mərkəzində baş tutan slalom gigant növü üzrə yarışda həvəskarlar 6 müxtəlif kateqoriyada mübarizə aparıblar.

Gərgin keçən kubokun yekununa əsasən, 18-25, 26-45 və +46 yaş qruplarında kişilər və qadınlar arasında qaliblər bəlli olub. Lakin qadın idmançılarda 18-25 yaş kateqoriyasında finiş xəttinə çatan olmayıb.

Kişilər
18-25 yaş kateqoriyası

1. Ramiz Ağayev
2. Cəmil Qarayev
3. Arif Aşurbəyov

26-45 yaş
1. Rəşad Mədətov
2. Amir Abdullayev
3. Emin Rəsulov

+ 46 yaş
1. Nikolay Podbereznikov
2. Sergey Zaridov
3. Sveren Vlodemir

Qadınlar
26-45 yaş

1. Anna Vəliyeva
2. Günay Abdullayeva

+ 46
1. Mona Krems

Qaliblər “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif olunub, onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “Heydər Əliyev Kuboku” fevralın 17-də böyüklər və uşaqlar arasında snoubord üzrə, ayın 24-də isə uşaqlar arasında davam etdiriləcək.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: