Rüstəm Nəcəfov: “Məqsədərimiz qış idman növlərinə marağı artırmaqdır”

Xəbərlər
10 Fevral 2024 11:58
186
Rüstəm Nəcəfov: “Məqsədərimiz qış idman növlərinə marağı artırmaqdır”

"Yarış keçirilməsində əsas məqsəd Azərbaycanda qış idman növləri inkişaf etdirməkdir".

İdman.biz xəbər verir ki, bunu "Şahdağ" Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov həvəskar xizəkçilər arasında keçirilən "Heydər Əliyev Kuboku"nun açılışından sonra jurnalistlərə açıqlamasında deyib.

O, bu yarışın ikinci dəfə keçirildiyini bildirib: "Bu həftə dağ xizəyi üzrə mübarizə olacaq. Növbəti həftələrdə snoubord və uşaqlar arasında yarış keçiriləcək. Məqsədərimizdən biri də "Şahdağ" Turizm Mərkəzini tanıtmaq və yerli insanlarda qış idman növlərinə marağı artırmaqdır".

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: