Yevgeni Plyuşenko: “Bakıda əsl qış nağılı alındı” - VİDEO

16 Yanvar 2024 14:34
599
Yevgeni Plyuşenko: “Bakıda əsl qış nağılı alındı” - VİDEO

Bakıda ilk dəfə buz üzərində şou təşkil olunub.

İdman.biz xəbər verir ki, bədii proqramı fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Yevgeni Plyuşenko ilə həyat yoldaşı və prodüseri Yana Rudkovskaya təqdim edib.

“Plyuşenkonun nağılları” adlanan şounu iki gün ərzində 15 min tamaşaçı izləyib. Şouda əfsanəvi idmançının böyük oğlu Aleksandr da iştirak edib.

Tanış olmaqlarının 16 illiyini də Bakıda qeyd edən cütlük səfərdən məmnun qalıblar. Plyuşenko paylaşımında da bunu nümayiş etdirib: “Bakı, iki anşlaq üçün təşəkkürlər. 15 min tamaşaçı bizim “Plyuşenkonun nağılları” buz şousunu izlədi və son üç ildə ilk dəfə Bakıda qar yağdı. Əsl qış nağılı alındı. İnanılmaz qarşılanma üçün təşəkkür edirik. Mayın 17-18-də Bakıda keçirəcəyimiz baletlə birgə təşkil olunacaq “Qu gölü” şousunda görüşənədək. Biz dahi Çaykovskinin musiqisi ilə əsl nağıl gətirəcəyik. Bakıda görüşənədək”.

Qeyd edək ki, Plyuşenko Olimpiya Oyunlarında 2 qızıl və 2 gümüş, dünya çempionatlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. O, Avropa çempionatlarının 7 qat qalibi, 3 qat gümüş mükafatçısıdır.

İdman.biz