Hokkey üzrə dünya çempionatının 1/4 final mərhələsinin cütlükləri müəyyənləşib

27 May 2026 01:17
139
Hokkey üzrə dünya çempionatının 1/4 final mərhələsinin cütlükləri müəyyənləşib

İsveçrədə keçirilən hokkey üzrə dünya çempionatının dörddəbir finalına vəsiqə qazanan bütün komandalar məlum olub.

İdman.Biz bildirir ki, A qrupunda İsveçrə, Finlandiya, Latviya və ABŞ pley-offa vəsiqə qazanıb. İsveçrə birinci, Finlandiya ikinci, Latviya üçüncü, ABŞ isə dördüncü yeri tutub.

B qrupunda Kanada, Norveç, Çexiya və İsveç dörddəbir finala vəsiqə qazanıb. Kanada birinci yeri təmin edib. Norveç ikinci, Çexiya isə üçüncü olub, İsveç isə dördüncüdür.

Dörddəbir final cütlükləri aşağıdakı kimidir:

Kanada - ABŞ;
Norveç - Latviya;
Finlandiya - Çexiya;
İsveçrə - İsveç.

Dünya çempionatının dörddəbir final oyunları 28 mayda keçiriləcək.

İdman.Biz