Azərbaycan millisi Avropa birinciliyində 3-cü olub - FOTO

Xəbərlər
1 Avqust 2025 10:20
93
Azərbaycan millisi Avropa birinciliyində 3-cü olub - FOTO

İspaniyanın paytaxtı Madriddə keçirilən U-15 və yeniyetmə ağırlıqqaldıranlar arasında Avropa birinciliyi başa çatıb.

İdman.biz xəbər verir ki, yarışda 15 yaşadək atletlərdən ibarət Azərbaycan millisi komanda hesabında üçüncü yeri tutub.

Musab Məmmədtağıyev, Lətif Əliyev və Muhəmmədəli Məmmədzadənin qazandığı 3 qızıl və 4 gümüş medal sayəsində yığmamız İspaniya, Polşa, Bolqarıstan kimi kollektivləri qabaqlayıb.

İdman.biz