Azərbaycan ağırlıqqaldıranı Musab Məmmədtağıyev Priştinada keçirilən U-15 və yeniyetmələr arasında Avropa birinciliyində üç qızıl medal qazanıb.
İdman.Biz xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan atletimiz birdən qaldırma hərəkətində 124 kq nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Məmmədtağıyev təkanla qaldırmada 145 kq ağırlığın öhdəsindən gəlib və bu hərəkətdə də qızıl medala sahib çıxıb.
İki hərəkətin cəmində 269 kq nəticə göstərən Azərbaycan təmsilçisi toplamda da Avropa birinciliyinin qalibi olub.
Musab Məmmədtağıyev ikinci yeri tutan Hayk Movsisyanı ümumi nəticədə 17 kq qabaqlayıb.
