İki ağırlıqqaldıranımız Avropa birinciliyində beşinci və altıncı yeri tutub

25 Avqust 2026 17:28
80
İki ağırlıqqaldıranımız Avropa birinciliyində beşinci və altıncı yeri tutub

Kosovanın paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində mübarizə aparan Azərbaycan ağırlıqqaldıranları Əbdülhüseyn Hüseynov və Lətif Əliyev beşinci və altıncı yerləri tutublar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən bildirilib.

75 kq çəki dərəcəsində qüvvəsini sınayan Əbdülhüseyn Hüseynov toplam 276 kq (123+153) nəticə ilə yarışı beşinci pillədə başa vurub.

Lətif Əliyev isə iki hərəkətin cəmində 271 kq (126+145) ağırlığın öhdəsindən gələrək altıncı olub.

İdman.Biz