Afinada (Yunanıstan) ustalar arasında keçirilən dünya çempionatında Azərbaycan ağırlıqqaldıranları üç medal qazanıblar.
İdman.Biz xəbər verir ki, M70 yaş qrupunda 85 kq-dək çəki dərəcəsində mübarizə aparan Vaqif Müsəddiq dünya çempionu olub. O, iki hərəkətin cəmində 147 kq nəticə göstərərək qızıl medal qazanıb.
Azərbaycana daha bir “qızıl”ı Zülfüqar Süleymanov qazandırıb. M40 qrupunda 75 kq-dək çəki dərəcəsində çıxış edən idmançı iki hərəkətin cəmində 249 kq nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
M75 kateqoriyasında 85 kq-dək çəki dərəcəsində yarışan Səddar Quliyev isə iki hərəkətin cəmində 126 kq nəticə göstərərək gümüş medal əldə edib.
Beləliklə, Azərbaycan ağırlıqqaldıranları dünya çempionatını iki qızıl və bir gümüş medalla başa vurublar.
