Musab Məmmədtağıyev: “Avropa birinciliyinin ən yaxşı ağırlıqqaldıranı seçiləcəyimə inanırdım”

31 Avqust 2026 17:14
98
Musab Məmmədtağıyev: “Avropa birinciliyinin ən yaxşı ağırlıqqaldıranı seçiləcəyimə inanırdım”

Azərbaycan millisinin üzvü Musab Məmmədtağıyev Kosovanın paytaxtı Priştinada keçirilmiş Avropa birinciliyinin ən yaxşı kişi ağırlıqqaldıranı adını qazanacağına inanırmış.

U-15 və yeniyetmələrin qitə birinciliyində üç qızıl medala sahib çıxan atlet yarışla bağlı təəssüratlarını bölüşüb.

“Bu turnirdə çempion olmaq hədəfim idi. Bunun üçün yorulmadan, səbirlə, çox yaxşı hazırlaşmışdım. Bu uğura nail olduğum üçün çox sevinirəm. Yarışın ən yaxşı kiçi ağırlıqqaldıranı seçiləcəyimə də inanırdım. Çünki Azərbaycanda da eyni uğuru qazanmışdım. Artıq qarşıdakı dünya çempionatına hazırlaşacağam. Bayrağımızı daim dalğalandırmaq və olimpiadada ölkəmizi layiqincə təmsil etmək istəyirəm”, - deyə o report.az-a açıqlamasında açıqlanıb.

Xatırladaq ki, Musab Məmmədtağıyev turnirdə birdən qaldırma hərəkətində 124 kq çəkini başı üzərinə qaldıraraq fəxri kürsünün birinci pilləsinə qalxıb. 70 kq çəki dərəcəsində yarışan atlet təkanla qaldırmada 145 kq ağırlığın öhdəsindən gələrək yenə qızıl medala yiyələnib. İki hərəkətin cəmində 269 kq nəticə göstərən Musab Məmmədtağıyev toplamda Avropa birinciliyinin qızıl medalına sahib olub.

İdman.Biz