Azərbaycan ağırlıqqaldıranı Fəxrəddin Allahverdiyev Priştinada keçirilən U-15 və yeniyetmələr arasında Avropa birinciliyində üç gümüş medala sahib çıxıb.
İdman.Biz xəbər verir ki, Fəxrəddin Allahverdiyev birdən qaldırma hərəkətində 122 kq, təkanla qaldırmada isə 150 kq nəticə göstərərək hər iki hərəkətdə gümüş medal qazanıb.
Atlet iki hərəkətin cəmində 272 kq nəticə ilə yekun sıralamada da ikinci yeri tutaraq üçüncü gümüş medalını əldə edib.
Bununla da Azərbaycan yığması Avropa birinciliyini 3 qızıl, 5 gümüş və 7 bürünc olmaqla ümumilikdə 15 medalla başa vurub.
