Ağırlıqqaldıranımız Kamran Xappayev Avropa birinciliyində bürünc medal qazanıb

24 Avqust 2026 16:44
95
Ağırlıqqaldıranımız Kamran Xappayev Avropa birinciliyində bürünc medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Kamran Xappayev Kosovonun paytaxtı Priştinada keçirilən Avropa birinciliyində bürünc medal qazanıb.

İdman.Biz xəbər verir ki, idmançı birdən qaldırma hərəkətində 123 kq çəkini ram edərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

70 kq çəki dərəcəsində yarışan atlet təkanla qaldırma növündə göstərdiyi 145 kq nəticə ilə yeddinci olub. İki hərəkətin cəmində 268 kq nəticəyə imza atan Kamran Xappayev bu dəfə 5-ci yerlə kifayətlənib.

İdman.Biz