Ağırlıqqaldıranımızdan Avropa birinciliyində 2 gümüş medal - FOTO

Xəbərlər
31 İyul 2025 14:08
120
Ağırlıqqaldıranımızdan Avropa birinciliyində 2 gümüş medal - FOTO

Azərbaycan ağırlıqqaldıranı Muhəmmədəli Məmmədzadə İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində iki gümüş medal qazanıb.

İdman.biz Azərbaycan Ağırlıqqaldırma Federasiyasına istinadən xəbər verir ki, son yarış günü U-15 kateqoriyasında mübarizəyə qoşulan 88 kiloqram çəki dərəcəsində yarışan idmançı birdən qaldırma hərəkətində 122 kiloqram nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

O, təkanla qaldırma hərəkətində isə 147 kiloqram çəkini başı üzərinə qaldırıb. Beləliklə, iki hərəkətin cəmində 269 kiloqram nəticəyə imza atan atlet yarışın gümüş medalını qazanıb.

Bu çəki dərəcəsində çıxış edən digər təmsilçimiz Ayxan Məmmədov isə toplamda 218 kiloqram (102+116) nəticə göstərərək, Avropa birinciliyini 6-cı pillədə başa vurub.

İdman.biz