Gəncədə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə açıq birincilik keçirilib - FOTO

27 Sentyabr 2026 21:35
67
Gəncədə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə açıq birincilik keçirilib - FOTO

Gəncə şəhərində 27 sentyabr - Vətən Müharibəsi şəhidlərinin Anım Gününə həsr olunmuş Vətən İdman Klubunun ağırlıqqaldırma üzrə açıq birinciliyi keçirilib.

İdman.Biz xəbər verir ki, yarışda U-11-12, U-13-15 və yeniyetmələr yaş kateqoriyasında idmançılar qüvvələrini sınayıblar.

Ümumilikdə 70 atlet 21 çəki dərəcəsində mübarizə aparıb.

Birincilikdə Gəncə UGİM-1, Gəncə UGİM-2, Gədəbəy, Goranboy, Yevlax və Cəlilabad komandaları, həmçinin Vətən AİK, Zəfər İK və Ümid İK kollektivləri iştirak ediblər.

İdman.Biz