Dəfələrlə Azərbaycan çempionu olan idmançı dopinqə görə cəzalandırıldı

2 Sentyabr 2026 12:39
488
Dəfələrlə Azərbaycan çempionu olan idmançı dopinqə görə cəzalandırıldı

Azərbaycan ağırlıqqaldıranı Fazilə İmanova antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi məlumat yayıb.

İdmançının nümunəsində anabolik androgenik steroidlər (AAS)/metribolone aşkarlanıb.

F.İmanovanın cəzası 2026-cı il mayın 15-dən qüvvəyə minib. Sanksiyanın müddəti 2029-cu il mayın 14-də başa çatacaq.

Qeyd edək ki, Fazilə İmanova dəfələrlə Azərbaycan çempionu və ölkə kubokunun sahibidir. O, 2023-cü ildə Azərbaycan çempionatının, gənclər arasında birinciliyin və Azərbaycan Kubokunun qalibi olub, 2024-cü ildə isə həm böyüklər, həm də gənclər arasında ölkə çempionatında yenidən birinci yeri tutub.

Beynəlxalq arenada İmanova Milan şəhərində keçirilən U15 Avropa çempionatında çıxış edərək doqquzuncu yeri tutub. O, həmçinin 2025-ci ildə Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında iştirak edib və yarışları yeddinci pillədə başa vurub.

İdman.Biz