Ştanq qaldırarkən huşunu itirdi: Misirli atlet qorxulu anlar yaşadı - VİDEO

3 Sentyabr 2026 12:29
125
Ştanq qaldırarkən huşunu itirdi: Misirli atlet qorxulu anlar yaşadı - VİDEO

Misir yığmasının ağır atleti Nora Essam Helmi İtaliyanın Taranto şəhərində keçirilən 2026-cı il Aralıq dənizi Oyunlarında qorxulu anlar yaşayıb.

İdman.Biz xəbər verir ki, 61 kq çəki dərəcəsində mübarizə aparan idmançı ştanqı qaldırdıqdan bir neçə saniyə sonra huşunu itirərək platformaya yıxılıb. Ona dərhal tibbi yardım göstərilib.

Misir nümayəndə heyətinin tibbi komitəsinin üzvü Əhməd Mossad atletin vəziyyətinin yaxşı olduğunu və hadisənin sağlamlığı üçün uzunmüddətli problem yaratmadığını bildirib. İlkin məlumata görə, Helmi qısa müddətli qan dövranı zəifləməsi nəticəsində huşunu itirib.

Nora Essam Helmi daha sonra açıqlamasında ştanqın damarlarına təzyiq göstərdiyini, bunun da nəfəs yolunun sıxılmasına və huşunu itirməsinə səbəb olduğunu deyib. O, hadisədən sonrakı gün özünü yaxşı hiss etdiyini bildirib.

İdman.Biz