“Hələ heç nə bitməyib” filmi təqdim olunacaq - VİDEO

Xəbərlər
8 May 2024 13:18
“Hələ heç nə bitməyib” filmi təqdim olunacaq - VİDEO

Azərbaycan Gənclər və İdman Nazirliyinin növbəti layihəsinin təqdimat mərasimi keçiriləcək.

İdman.biz xəbər verir ki, bunu nazirliyin mətbuat xidməti açıqlayıb.

Azərbaycanın idmançı və məşqçilərinə həsr olunan filmlər silsiləsindən növbəti ekran əsərinin qəhrəmanı ağırlıqqaldıran Rüstəm İmanzadədir. Onun həyatı və karyerasından bəhs edən “Hələ heç nə bitməyib – Rüstəm İmanzadə” filmi tezliklə ictimaiyyətə təqdim ediləcək.

15 yaşadək atletlər arasında Avropa çempionu ağır zədə səbəbindən uzun müddətdir əlil arabasında hərəkət etsə də, yenidən idmana qayıdacağı anı gözləyir: “Mənim ailəmdə heç idmançı yoxdur. Yalnız babam güləşçi olub. Gözümə heç nə görünmür. İstəyirəm sağalıb tez idmanıma qayıdım. Bu gün ən yaxın dostum arabamdır. Ayağımı bir az qaldıranda dedim ki, hələ heç nə bitməyib, hər şey qabaqdadır”

Qeyd edək ki, Rüstəm 2009-14-cü illərdə respublika çempionatlarının qalibi olub.

İdman.biz

Məqalədə: