Azərbaycan millisi Avropada 7-ci olub

Xəbərlər
21 Fevral 2024 09:17
205
Azərbaycan millisi Avropada 7-ci olub

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, 9 gün ərzində 20 dəst medal sahibini tapıb.

Yarışın yekununda komanda hesabında ən yaxşılar bəlli olub. Azərbaycanın kişilərdən ibarət yığması Avropada 7-ci yeri tutub.

İdmançılarımız 363 xal toplayıblar. Bu uğurda 109 kq çəkidə Avropa çempionu olan Dadaş Dadaşbəylinin payı böyük olub.

Qeyd edək ki, kişilərin yarışında Bolqarıstan 696, qadınlarda Ukrayna 654 xalla 1-ci yeri tutub.

İdman.biz

Məqalədə: