Azərbaycan kubokunda 6 çəkidə qaliblər müəyyənləşib - FOTO

Xəbərlər
16 Dekabr 2023 22:41
132
Azərbaycan kubokunda 6 çəkidə qaliblər müəyyənləşib - FOTO

Bu gün ağırlıqqaldırma üzrə Azərbaycan kuboku start götürüb.

İdman.biz xəbər verir ki, ilk olaraq mübarizəyə qadınlar qoşulublar.

Ağır Atletika Mərkəzində keçirilən yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır.

Qadınların mübarizəsində 6 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. Maraqlı mübarizə şəraitində keçən yarışda Samirə Rzayeva (45 kq), Nazilə İsmayılova (49 kq), Selcan Qarayeva (55 kq), Dinara İbrahimli (59 kq), Fazilə İmanova (64 kq) və Rahilə Hüseynzadə (81 kq) kubokun qalibi olublar.

İdman.biz