Polina Rəhimova 35 yaşını qeyd edir: "Xüsusi olmasa da, sevgi ilə"

Xəbərlər
5 İyun 2025 19:10
116
Polina Rəhimova 35 yaşını qeyd edir: "Xüsusi olmasa da, sevgi ilə"

Bu gün, iyunun 5-i Azərbaycanın ən titullu və güclü voleybolçularından biri Polina Rəhimova 35 yaşını qeyd edir.

İdman.biz-lə söhbətində Rəhimovanın özünün etiraf etdiyi kimi, növbəti yaşını ailəsi ilə birlikdə sakit, rahat atmosferdə keçirməyi planlaşdırır.

"Hazırda həyat yoldaşımla maşında gedirəm. Təxminən 6 saata İzmirə yaxın olan Ayvalı şəhərinə gedəcəyik. Yoldaşımın valideynləri orada yaşayır. Ona görə də ad günümü ailəmlə qeyd edəcəm. Sabah Qurban bayramıdır, ona görə də xüsusi nəsə planlaşdırmamışdıq, sadəcə nahar edəcəyik", deyə - Rəhimova bildirib.

Azərbaycanlı voleybolçu bu yaxınlarda Osasko klubu ilə Braziliya çempionatının qalibi olub. O, növbəti uğuru barədə danışıb: "Biz bu yaxınlarda Braziliya çempionatını qazandıq və ziyafət təşkil edə bilərdik. Amma hələ heç nə planlaşdırmıram. Biz Türkiyəyə 2-3 gün əvvəl gəlmişik və hələ də uyğunlaşma prosesindəyik".

Bundan əlavə, Rəhimova həyatında ən qeyri-adi ad günündən danışıb: "Ən qeyri-adi ad günümü həyat yoldaşımla Dubayda qeyd etmişəm, hansı ki, orada Gələcək Muzeyinə daxil olmaq üçün burada iki ay növbə gözləməlisən. Bundan əlavə, biz helikopterdə uçduq, həm də Burj Xəlifənin ən zirvəsinə qalxdıq. Ən yaddaqalan ad günü isə 10 yaşım olanda aldığım əjdaha hədiyyəsi idi”, - voleybolçu xatırladı.

Qeyd edək ki, gələn mövsüm Polina Rəhimova Yunanıstanın "Panionios" klubunda çıxış edəcək.

Əli Məmmədli
İdman.biz