Beynəlxalq dərəcəli azərbaycanlı hakim Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb.
İdman.biz xəbər verir ki, o, noyabrın 19-da Sloveniyanın Kamnik şəhərində keçiriləcək CEV kubokunun 1/16 final mərhələsinin oyununu idarə edəcək.
Həmyerlimiz kişi voleybolçulardan ibarət Sloveniyanın “Calcit” və Portuqaliyanın “Benfika” klublarının qarşılaşmasında ikinci hakim olacaq.
Qarşılaşmanın birinci referesi isə bosniya və herseqovinalı Yasmin Huseynoviçdir.
Qeyd edək ki, onlar arasında ilk matçda Portuqaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
İdman.biz