Belçika yığması Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda İspaniyanı 3:2 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, qarşılaşmadan sonra komandanın kapitanı Britt Herbots oyunun çətin keçəcəyini əvvəlcədən bildiklərini deyib.
“Bu oyunun çətin keçəcəyini bilirdik. İspaniya yığmasını yaxşı tanıyırıq, çox yaxşı komandadır. Onlar yaxşı servis və müdafiə ilə üstünlüyü ələ ala bilirdilər.
İlk iki setdə biz bir qədər gərgin idik və çoxlu səhvlərimiz oldu. Bununla belə, şadam ki, dördüncü və beşinci setlərdə toparlandıq, öz oyunumuzu göstərə bildik”, - deyə Britt Herbots söyləyib.

Qeyd edək ki, Belçika – İspaniya matçı 3:2 (25:15, 18:25, 23:25, 25:17, 15:8) hesabı ilə başa çatıb.


