Bakıda keçirilən voleybol üzrə Avropa çempionatının C qrupunda növbəti qarşılaşmalar keçiriləcək

22 Avqust 2026 13:35
95
Bakıda keçirilən voleybol üzrə Avropa çempionatının C qrupunda növbəti qarşılaşmalar keçiriləcək

Bu gün Bakıda qadın voleybolçular arasında təşkil olunan Avropa çempionatının C qrupunda növbəti oyunlar keçiriləcək.

İdman.Biz xəbər verir ki, əvvəlcə Belçika və İspaniya seçmələri üz-üzə gələcəklər.

Bu qarşılaşma saat 15:30-da başlayacaq. Daha sonra Rumıniya və Niderland komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Görüşün start fiti saat 18:30-da səsləndiriləcək.

Qeyd edək ki, C qrupunun oyunları avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq. Açılış matçında Azərbaycan millisi Portuqaliyanı 3:1 hesabı ilə məğlub edib.

İdman.Biz