Ayşən Abduləzimova: “Daha az səhvlə oynasaq, nəticə yaxşı olacaq” - VİDEO

21 Avqust 2026 21:49
123
Ayşən Abduləzimova: “Daha az səhvlə oynasaq, nəticə yaxşı olacaq”

Azərbaycanın qadın voleybol millisinin kapitanı Ayşən Abduləzimova Portuqaliya ilə oyundan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, voleybolçu qarşılaşmanın gərgin keçdiyini və komandanın müəyyən səhvlərə yol verdiyini bildirib.

“İlk oyun idi, çox həyəcan var idi. Azarkeşlərə dəstəyə görə təşəkkür edirəm. 3:1 qazandıq, əsas qazanmaq idi. Bu oyunda çox səhvlərimiz oldu. Gələcək qarşılaşmalarda daha az səhvlə oynamağa çalışacağıq”, - Abduləzimova deyib.

Kapitan komandanın növbəti oyunlarda daha yaxşı çıxış edə biləcəyinə inandığını vurğulayıb:

“Düşünürəm ki, bunun üçün gücümüz var. Daha az səhvlə oynasaq, məncə, hər şey yaxşı olacaq”.

Foto: İslam Atakişiyev

İdman.Biz