“Murov Az Terminal” voleybolçu transfer edib

22 Avqust 2026 15:14
85
“Murov Az Terminal” voleybolçu transfer edib

Azərbaycanlı hücumçu Leyla Parşkova “Murov Az Terminal” voleybol klubuna qoşulub.

İdman.Biz xəbər verir ki, bu barədə kollektivin mətbuat xidməti məlumat yayıb.

Gənc voleybolçu ilə növbəti mövsümü əhatə edəcək müqavilə imzalanıb.

Qeyd edək ki, Parşkova Azərbaycan millisinin heyətində Avropa çempionatlarında, Avropa Qızıl Liqasının oyunlarında və CEV-in təşkil etdiyi digər turnirlərdə iştirak edib.

Klub karyerası ərzində voleybolçu “Azərreyl”in formasını geyinib və bu komandanın heyətində avrokuboklarda da çıxış edib. O, həmçinin “Azəryol” klubunda oynayıb.

CEV-in məlumatına görə, Parşkovanın boyu 182 sm, hücum hündürlüyü isə 300 sm-dir.

İdman.Biz