“Mançester Siti”nin qapıçısı Canluici Donnarummanın agenti Enso Rayola klubun Premyer Liqanın maliyyə qaydalarını pozması ilə bağlı iş üzrə müstəqil komissiyanın qərarından sonra futbolçunun narahat olması üçün əsasın olmadığını bildirib.
İdman.Biz xəbər verir ki, daha əvvəl irəli sürülmüş 115 ittihamın demək olar ki, hamısı üzrə komissiya “Mançester Siti”ni təqsirli bilib. Klubun doqquz mövsüm ərzində liqanın maliyyə qaydalarını pozduğu müəyyənləşdirilib. “Siti” ittihamları rədd edir və apellyasiya şikayəti verib. Mümkün sanksiyalar hələ müəyyənləşdirilməyib.
“Mançester Siti” ətrafındakı xaos nəyisə dəyişəcəkmi? Xeyr, bizim üçün və Cico üçün heç nə dəyişməyəcək. Belə xəbərlər vaxtaşırı ortaya çıxır.
Klub Cico ilə danışıb və hamı sakitdir. İndi qarşıda “Liverpul” və “PSJ” ilə vacib matçlar var. Bundan sonra idman ədaləti öz yolu ilə gedəcək. Lakin Cico “Mançester Siti”dən təminat alıb”, - deyə Rayola “Radio Napoli Centrale”nin efirində bildirib.
