Türkiyəli voleybolçu Meryem Cabbaroğlu gözəlliyi ilə müzakirələrə səbəb olub.
İdman.Biz xəbər verir ki, gənc voleybolçunun sosial şəbəkədə paylaşdığı fotolar son günlərdə böyük marağa səbəb olub.
Belə ki, onun “Instagram” hesabındakı paylaşımları xarici istifadəçilərin də diqqətini çəkib və Cabbaroğlunun izləyici sayı qısa müddətdə artıb.
Meryem Cabbaroğlunun adı hazırda Türkiyə voleybolunun ən çox diqqət çəkən gənc simalarından biri kimi gündəmə gəlib.
20 yaşlı idmançı 2026/27 mövsümündə Türkiyə Qadınlar 1-ci Liqasında çıxış edən “Bodrum Belediyesi Bodrumspor”un formasını geyinir. Cabbaroğlu libero mövqeyində oynayır.
14 fevral 2006-cı ildə Ankarada anadan olan voleybolçunun boyu 163 santimetrdir. O, karyerasına aşağı yaş qruplarında başlayıb və müxtəlif klublarda çıxış edib. Cabbaroğlu daha əvvəl “TVF Spor Lisesi”, “MKE Ankaragücü”, “Alpet Zeren Spor” və “Zeren Spor Kulübü U18” komandalarında forma geyinib.
Türkiyənin aşağı yaş qrupları üzrə milli komandalarında da çıxış edən Cabbaroğlu 2021-ci ildə U-16 yığmasının heyətində yer alıb.
