Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Turan” voleybol klubu təlim-məşq toplanışını davam etdirmək üçün Türkiyənin İstanbul şəhərinə yollanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Tovuz təmsilçisi məlumat yayıb.
Bildirilib ki, komanda İstanbulda Türkiyənin ən köklü klublarından biri olan “Fənərbağça” ilə yoldaşlıq oyunu keçirəcək.
Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 18:00-da “Burhan Fələk” İdman Kompleksində baş tutacaq.
