Azərbaycanın “Ordu” voleybol klubu Ankarada keçirilən hazırlıq turnirində növbəti oyununu keçirib.
İdman.Biz xəbər verir ki, komandamız turnirin təşkilatçısı Türkiyənin “Sportoto” klubu ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş “Ordu”nun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Setlərdə hesab belə olub: 25:18, 20:25, 28:26, 25:18.
Qeyd edək ki, “Sportoto” qarşıdakı mövsümdə CEV Çempionlar Liqasında mübarizə aparacaq.
