“Gəncə” basketbol komandası bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi C qrupundakı ilk matçında Türkiyədə “Esenler Erokspor”un qonağı olacaq.
İstanbulda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Gəncə” qrup mərhələsində Rumıniyanın “Universitatya Krayova”, Portuqaliyanın “Sportinq”, Bolqarıstanın “Rilski Sportist” və Yunanıstanın “Kolossos” komandaları ilə də qarşılaşacaq.
