“Murov Az Terminal” Xuraman Alimovanı transfer edib

4 Avqust 2026 13:28
124
“Murov Az Terminal” Xuraman Alimovanı transfer edib

“Murov Az Terminal” qadın voleybol komandası diaqonal hücumçu Xuraman Alimovanı heyətinə qatıb.

İdman.Biz xəbər verir ki, yerli voleybolçu 2026/2027 mövsümündən etibarən Bakı təmsilçisinin uğurları üçün mübarizə aparacaq. Müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Alimova əvvəlki mövsümdə UNEC-in heyətində çıxış edib. O, 2025-ci ilin yayında həmin klubla müqaviləsini daha bir il uzatmışdı.

“Murov Az Terminal” ötən mövsüm qadınların Azərbaycan Yüksək Liqasının ilkin mərhələsini səkkizinci pillədə başa vurub. Komanda 1/4 finalda “Turan”a məğlub olaraq mübarizəni dayandırıb.

İdman.Biz