ABŞ-li voleybolçu 134 km/saatlıq servislə heyrətləndirdi - VİDEO

2 Avqust 2026 19:52
114
ABŞ-li voleybolçu 134 km/saatlıq servislə heyrətləndirdi - VİDEO

ABŞ kişi voleybol millisinin diaqonal hücumçusu Ceyk Heyns Polşa ilə Millətlər Liqasının finalında 134 km/saat sürətli servisi ilə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, Çinin Ninbo şəhərində keçirilən qarşılaşma zamanı 28 yaşlı voleybolçunun zərbəsinin sürəti yayım qrafikasında 134 km/saat göstərilib. Polşa yığması topu qəbul edə bilməyib və Heyns eys qazanıb.

Ceyk Heyns finalı 21 xalla başa vurub. ABŞ-li oyunçu 18 hücum və üç servis xalı qazanaraq görüşün ən məhsuldar voleybolçusu olub.

ABŞ iki dəfə hesabda önə keçsə də, Polşa beş setlik mübarizədə 3:2 hesabı ilə qalib gəlib. Setlər 25:21, 23:25, 25:27, 25:23 və 15:10 hesabları ilə yekunlaşıb.

Polşa bu nəticə ilə 2023 və 2025-ci illərdən sonra Millətlər Liqasında üçüncü çempionluğunu qazanıb. ABŞ isə turnirin finalında dördüncü dəfə gümüş medalla kifayətlənib.

İdman.Biz