Kuba milli komandasının hücumçusu Vilma Salas “Turan” voleybol klubunun heyətinə qoşulub.
İdman.Biz bu barədə kluba istinadən bildirir.
188 sm boya malik hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Dünya voleybolunda zəngin təcrübəyə malik olan Vilma Salas yeni mövsümdə həm Azərbaycan Yüksək Liqasında, həm də Avropa arenasında komandamızın uğurları üçün mübarizə aparacaq.
Salas daha əvvəl 2013–2015-ci illərdə Bakının “Rabitə” klubunda çıxış edib.
