Polşa millisi Millətlər Liqasında üçüncü dəfə çempion oldu

2 Avqust 2026 18:29
92
Polşa millisi Millətlər Liqasında üçüncü dəfə çempion oldu

Polşa kişi voleybol millisi Millətlər Liqasının qalibi olub.

İdman.Biz xəbər verir ki, Çinin Ninbo şəhərində keçirilən finalda Polşa yığması ABŞ millisi ilə qarşılaşıb. Gərgin mübarizə Polşa komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

ABŞ ilk setdə 21:25 hesabı ilə uduzsa da, növbəti iki hissədə 25:23 və 27:25 hesabları ilə qalib gəlib. Polşa dördüncü setdə 25:23 hesablı qələbə qazanaraq tarazlığı bərpa edib. Həlledici hissədə 15:10 hesabı ilə üstün olan Avropa təmsilçisi çempionluğa yiyələnib.

Polşa Millətlər Liqasında üçüncü dəfə qızıl medal əldə edib. Komanda daha əvvəl 2023 və 2025-ci illərdə də turnirin qalibi olub. ABŞ isə iştirak etdiyi dördüncü finalda da gümüş medalla kifayətlənib.

Polşa millisinin üzvü Tomaş Fornal turnirin ən dəyərli oyunçusu seçilib.

İdman.Biz