Voleybol millimiz Yunanıstanla hər iki yoxlama oyununda qələbə qazanıb

31 İyul 2026 13:16
124
Voleybol millimiz Yunanıstanla hər iki yoxlama oyununda qələbə qazanıb

Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yunanıstanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, komanda Afinada Yunanıstan yığması ilə iki dəfə qarşılaşıb.

Millimiz hər iki oyunda 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Avropa çempionatına hazırlığının son mərhələsini Bakıda keçəcək.

İdman.Biz
Məqalədə: