ABŞ-ın kişilərdən ibarət milli komandası yarımfinalda Yaponiyanı məğlub edərək 2026-cı il Millətlər Liqasının finalına yüksəlib.
İdman.Biz bildirir ki, Çində keçirilən matç 3:2 (25:19, 23:25, 20:25, 25:19, 15:13) hesabı ilə başa çatıb.
Millətlər Liqasının finalında ABŞ voleybolçuları yarımfinalda Sloveniyanı 3:0 (25:16, 25:19, 25:17) hesabı ilə məğlub edən Polşa komandası ilə qarşılaşacaqlar.
Polşa kişilər arasında voleybol üzrə Millətlər Liqasının hazırkı qalibidir. Keçənilki finalda onlar İtaliyanı 3:0 hesabı ilə məğlub etmişdilər.
26 iyul bazar günü isə 2026-cı il qadınlar arasında voleybol üzrə Millətlər Liqasının finalı keçirildi və Türkiyə Braziliyanı 3:1 hesabı ilə məğlub edərək qalib oldu.
