Azərbaycanın “Murov Az Terminal” voleybol komandası hücumçular Elina Xudiyeva və Maradit O’Qormanı heyətinə cəlb edib.
İdman.Biz xəbər verir ki, komanda yeni mövsümə hazırlıq çərçivəsində hər iki voleybolçu ilə müqavilə imzalayıb.
Elina Xudiyeva Azərbaycanı, Maradit O’Qorman isə ABŞ-ni təmsil edir.
Tərəflər arasında imzalanan müqavilələrin müddəti və digər detalları açıqlanmayıb.
