Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçularla görüşüb - FOTO

4 Noyabr 2026 12:55
108
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçularla görüşüb - FOTO

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Ağsu şəhər 4 saylı tam orta məktəbin idman zalında yeniyetmə voleybolçularla görüşüb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.

Bildirilib ki, tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, digər rəsmi şəxslər, Oğuz RVK-nı təmsil edən idmançılar və onların valideynləri iştirak ediblər.

Ş.Bağırov idmançılarla söhbət zamanı onlara tövsiyələrini verib, valideynlərlə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, daha sonra qonaqlar yeniyetmələrin məşq prosesini izləyiblər.

İdman.Biz