Bakıda “Queen & King of the Court Mixed” turnirinin qalibləri məlum olub - FOTO

2 Avqust 2026 19:02
102
Bakıda “Queen & King of the Court Mixed” turnirinin qalibləri məlum olub - FOTO

Bakıda çimərlik voleybolu üzrə növbəti “Queen & King of the Court Mixed” turniri keçirilib.

İdman.Biz xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan yarışda 12 komanda çempionluq uğrunda mübarizə aparıb. Turnirdə həm peşəkar, həm də həvəskar voleybolçular iştirak ediblər.

Hər komanda bir qadın və bir kişi voleybolçudan ibarət olub. Bütün rəqiblərini məğlub edən Vilde Atvars və İlze Atvars cütlüyü turnirin qalibi adını qazanıb.

Yarışın sonunda mükafatlandırma mərasimi keçirilib. Qaliblərə tac, diplom, medal və Azərbaycan Voleybol Federasiyasının tərəfdaşları tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.

Mükafatları VFM Şirkətlər Qrupunun brend meneceri Əli Yusubov, “Djevo” şirkətinin rəhbəri Cavid Salayev və “Fənərbaxça” klubunun Azərbaycandakı idman məktəblərinin direktoru Amin Həmzəyev təqdim ediblər.

İdman.Biz