“Murov Az Terminal” voleybol klubu fiziki hazırlıq üzrə məşqçisi İvan Volodiçevlə müqavilənin müddətini uzadıb.
İdman.Biz xəbər verir ki, klub bu barədə rəsmi sosial şəbəkə hesablarında məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında imzalanan yeni müqavilə növbəti mövsümü əhatə edir. Təcrübəli rusiyalı mütəxəssis daha bir mövsüm komandada fəaliyyətini davam etdirəcək.
