Azərbaycan millisi Avropa çempionatına Bakıda hazırlaşır - FOTO

3 Avqust 2026 16:19
106
Azərbaycan millisi Avropa çempionatına Bakıda hazırlaşır - FOTO

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatına hazırlığın son mərhələsini Bakıda keçir.

İdman.Biz xəbər verir ki, yığmanın paytaxtdakı təlim-məşq toplanışı çərçivəsində Latviya və Belarus milliləri ilə yoxlama oyunları keçirməsi planlaşdırılır.

Qeyd edək ki, 2026-cı il Avropa çempionatının C qrupunun oyunları Bakıda təşkil olunacaq. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.

Qrup oyunları avqustun 21-dən 28-dək Milli Gimnastika Arenasında keçiriləcək.

İdman.Biz