Avropa çempionatının kubokunun Bakıda təqdimat mərasimi keçirilib - FOTO/VİDEO

7 İyul 2026 12:20
133
Avropa çempionatının kubokunun Bakıda təqdimat mərasimi keçirilib - FOTO/VİDEO

Azərbaycanın da ev sahibi olduğu qadın voleybolçular arasında Avropa çempionatının (CEV EuroVolley Women 2026) maskotu və kuboku təqdim olunub.

İdman.Biz xəbər verir ki, təqdimat Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.

Mərasimdə həmçinin Azərbaycan Voleybol Federasiyasının yeni loqotipi və yenilənmiş internet saytı da təqdim olunub.

Qeyd edək ki, Azərbaycan C qrupuna ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milliləri mübarizə aparacaqlar. Bakıdakı qarşılaşmalar avqustun 21-28-i Milli Gimnastika Arenasında keçiriləcək.

Foto: İslam Atakişiyev

İdman.Biz