“Möminə Xatun” voleybol komandası millinin hücumçusunu transfer etdi

5 İyul 2026 14:35
136
“Möminə Xatun” voleybol komandası millinin hücumçusunu transfer etdi

“Möminə Xatun” voleybol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, Naxçıvan təmsilçisi Azərbaycan millisinin hücumçusu Marqarita Stepanenko ilə anlaşıb. Bu barədə klubdan məlumat verilib.

Təcrübəli voleybolçu karyerası ərzində Türkiyə, Polşa, Yunanıstan, Belarus, Ukrayna, Macarıstan və İsrail kimi ölkələrin çempionatlarında çıxış edib. O, Azərbaycan millisinin heyətində qitə çempionatlarında da ölkəmizi təmsil edib.

Klub Stepanenkonun hücum xəttindəki kəsərli zərbələri, yüksək blok qabiliyyəti və qələbə əzminin komandaya böyük üstünlük qazandıracağına inanır.

“Oyunçumuza ailəmizə xoş gəldin deyir və ona karyerasının ən uğurlu mövsümünü məhz “Möminə Xatun”da keçirməyi arzulayırıq”, - deyə klubun açıqlamasında bildirilib.

İdman.Biz