Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Kristina Besman klubunu dəyişib.
İdman.Biz xəbər verir ki, ötən mövsümü “Omiçka”da keçirən toppaylayıcısı Belarusun “Minçanka” klubu ilə müqavilə imzalayıb. O, yeni komandasında 14 nömrəli forma ilə çıxış edəcək.

K.Besman son illərdə Rusiya çempionatında çıxış edib. O, müxtəlif vaxtlarda “Lipetsk”, “Tulitsa”, “Yenisey” və “Omiçka”nın formasını geyinib. Bununla yanaşı, voleybolçu Rusiya Superliqasında çıxışını davam etdirəcək. Belə ki, “Minçanka”da bu liqanın iştirakçılarından biridir. Belarusun aparıcı klubu ötən mövsüm Rusiya Superliqasında 13-cü yeri tutsa da, ölkə daxilində qızıl dubl edib. Komanda Belarus çempionatının, Kubokunun və Superkubokunun qalibi olub.
Qeyd edək ki, Besman müxtəlif illərdə Azərbaycan millisi ilə Avropa Liqasının və İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Klub səviyyəsində isə Kristina Finlandiyanın “Viesti” klubunun heyətində ölkə çempionu, “Azəryol”un heyətində isə Azərbaycan çempionatının bürünc mükafatçısı adını qazanıb.
